home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
Heydər Əliyevin xatirəsinə həsr olunmuş platin, qızıl və gümüş sikkələr

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə platin, qızıl və gümüş xatirə sikkələri buraxmışdır.

HA  HA

HA  HA

HA  HA

Xatirə sikkələrinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, portretin sağ tərəfində “Heydər Əliyev” sözləri, arxa tərəfində isə
Azərbaycan Respublikasının xəritəsi və “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılmışdır.

Xatirə sikkələri İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanmışdır.

Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıl­dığı il “2004-cü il”, xəritənin ətrafında dairəvi şəkil­də üst hissəsində “Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə­lərinin nominalı göstəril­mişdir.

Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.



Heydər Əliyevin 85 illiyinə həsr olunmuş qızıl sikkə

2008-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır.

85  85

Xatirə sikkəsinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilmişdir.

Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri və xatirə sikkə­sinin nominalı göstəril­mişdir.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.


 
Created by Azerin LLC