home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
Azərbaycan Respublikasının Mərkəzi Bankı. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsinin Qaydaları

I. Giriş

Müasir Azərbaycanın iqtisadi yüksəlişinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin Azərbaycan bankçılığının modernizasiyası sahəsində apardığı siyasətin, həyata keçirdiyi islahatların tələbə-gənclər tərəfindən dərindən öyrənilməsini stimullaşdırmaq üçün Mərkəzi Bank tələbələr arasında "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda ən yaxşı referat müsabiqəsini elan edir.

II. Müsabiqənin məqsədi 2.1. Heydər Əliyevin zəngin siyasi irsində olan başlıca ideyaları müəyyənləşdirmək və ümumiləşdirmələr aparmaq bacarıqlarının inkişaf etdirilməsi;
2.2. Ən yeni tariximizdə bankçılıq sisteminin inkişaf mərhələrinin tədqiq olunması;
2.3. Tələbə-gənclərdə ölkəmizin iqtisadiyyatı və bank sektorunda baş verən dəyişikliklər barədə obyektiv rəyin formalaşdırılması;
2.4. İqtisadiyyat, bank və maliyyə sahələri üzrə gənc tədqiqatçıların motivasiyasının gücləndirilməsi.

III. Müsabiqə iştirakçıları
3.1. Müsabiqədə iqtisadiyyat sahəsində təhsil alan tələbələr iştirak edə bilərlər.
3.2. Müsabiqə iştirakçıları müsabiqənin mövzusuna uyğun olan referatlarını, həmçinin şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətlərini Mərkəzi Banka təqdim etməlidirlər.

IV. Müsabiqədə iştirak
4.1. Referatlar hazırki Qaydaların şərtlərinə uyğun yazılmalı və təqdim edilməlidir.
4.2. Qaydaların tələblərinə cavab verməyən referat müsabiqəyə buraxılmır.
4.3. Müsabiqəyə təqdim olunmuş referatlar geri qaytarılmır.

V. Referatın forması, həcmi və dili
5.1. Müsabiqə iştirakçısı müsabiqəyə hazırladığı referatın bir nüsxəsini (elektron və çap nüsxəsi olmaqla) təqdim etməlidir.
5.2. Referat Azərbaycan dilində təqdim olunmalıdır. Xarici dildə yazılmış referatlar Azərbaycan dilinə tərcümə edilərək təqdim olunmalıdır.
5.3. Referatın ilk səhifəsində tələbənin soyadı, adı və atasının adı, habelə hal-hazırda təhsil aldığı tədris müəssisəsinin adı qeyd olunmalıdır.
5.4. Referat A4 formatlı elektron və kağız formada təqdim edilir və həcmi 5 səhifəni ötmür. Bu zaman səhifənin sol, sağ, aşağı və yuxarı hissələrindən 2,5 sm boşluq buraxılır. Sətirlərarası məsafə üçün 1,15 sm boşluq buraxılır. Sətirlərarası mətni ayırmaq üçün onlar arasında (abzasdan həm əvvəl, həm də sonra) 3 pt ölçüsündə məsafə qoyulur. Referatın şrifti "Times New Roman" olmaqla 14 ölçüsündə olur.

VI. Referatla bağlı tələblər
6.1. Təqdim edilən referatlar elmi üslubda olmalı, aparılmış təhlillər, mülahizələr aydın fikir və cümlələrlə ifadə edilməlidir.
6.2. Müsabiqə iştirakçısı referatda özünün orijinal mülahizə və fikirlərini ifadə etməlidir.
6.3. Müəlliflik hüquqlarının gözlənilməsi və müvafiq istinadların edilməsi vacibdir. Hansısa mənbədən götürülən məlumatların mənbə göstərilmədən və ya ona istinad olunmadan referata daxil edilməsi yolverilməzdir.

VII. Referatların qiymətləndirilməsi
7.1. Referatların qiymətləndirilməsi aşağıdakı tələblər əsasında həyata keçirilir:
• Forma və məzmuna dair qoyulan tələblərə cavab verməsi;
• İrəli sürülən fikir və ideyaların aydınlığı və məzmunluluğu;
• Araşdırılan problemlərin həlli yollarının orijinallığı və mümkünlüyü;
• Referatın bədii-ədəbi dilinin zənginliyi və anlaşılan dildə yazılması.
7.2. Referatda təqdim edilən mülahizələrin məhz müsabiqə iştirakçısına mənsub olduğunu müəyyənləşdirmək üçün Münsiflər heyəti həmin iştirakçı(lar) ilə şifahi müsahibə apara bilər.

VIII. Münsiflər heyəti
8.1. Referatların qiymətləndirilməsi Münsiflər heyəti tərəfindən həyata keçirilir.
8.2. Münsiflər heyəti ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Mərkəzi Bankda yaradılmış Təşkilat Komitəsinin üzvlərindən formalaşdırılır.

IX. Mükafatlandırma
9.1. Müsabiqə qalibləri aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunurlar:
- Bir I yer – 300 manat;
- İki II yer – 200 manat;
- İki III yer – 100 manat.
Bundan başqa həmin qaliblərə Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə buraxılmış sikkə hədiyyə edilir.
9.2. Qaliblərin mükafatlandırılması təntənəli surətdə həyata keçirilir. Mükafatlandırma mərasiminin keçirilmə yeri və tarixi barədə təşkilatçı tərəfindən əlavə məlumat veriləcəkdir.

X. Referatların təqdim edilməsi və əlavə məlumat
10.1. Müsabiqəyə dair bütün məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilir və bir sıra qəzetlərdə dərc olunur.
10.2. Referatlar 10 aprel 2013-cü il saat 18.00-dək təqdim edilməlidir. Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş referatlar qəbul olunmur.
10.3. Müsabiqə iştirakçıları AMB-nin internet səhifəsində müsabiqə üçün yaradılan bölmədəki anketi dolduraraq onu referatla birlikdə müvafiq elektron ünvana onlayn şəkildə də təqdim edə bilərlər.


 
Created by Azerin LLC