home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
8 may 2013, Bakı.  Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Mərkəzi Bankın kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, unudulmaz tarixi şəxsiyyət, görkəmli siyasi xadim olan ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin qurucusu və çağdaş Azərbaycanın memarı olmuşdur. Heydər Əliyev XX əsrin ən görkəmli tarixi şəxsiyyətlərindən və siyasi xadimlərindən biridir. Bu ad onun xalqına mizilsiz xidmətləri ilə zəngin həyat yolu ilə, dövlət xadimi kimi uzun illər ərzində qazandığı nüfuzla, müdrik və yorulmaz fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin ölkəyə rəhbərliyinin sovet dönəminə təsadüf edən birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-siyasi həyatın, elm, mədəniyyət və incəsənətin sürətli tərəqqisi dövrü olmuşdur. Bu günkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, dünya iqtisadiyyatına sıx inteqrasiyası həmin illərdə təməli qoyulmuş potensial olmadan mümkün deyildi.

Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçiliyin ən mühüm şərti kimi ictimai-siyasi sabitliyin qısa müddətdə təmin olunması ilə yanaşı iqtisadi quruculuq sahəsində də böyük qətiyyət göstərərək dərin və miqyaslı islahatlara başladı. O, müdrikcəsinə bəyan etmişdir ki, "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir".

İqtisadi quruculuq müstəqilliyimizin ilk illərində iqtisadi xaos və staqnasiya nəticəsində ümumi milli gəlirin yarıdan çoxunu itirdiyimiz bir dövrə təsadüf edirdi. Belə bir dövrdə islahatlar aparmaq qətiyyət və möhkəm siyasi iradə tələb edirdi. Heydər Əliyev bu qətiyyəti və siyasi iradəni nümayiş etdirdi və qısa zamanda islahatlar öz bəhrəsini verdi. Çox keçmədi ki, ölkənin iqtisadi mənzərəsi dəyişdi. Makroiqtisadi sabitlik, iqtisadi artım təmin olundu və bu artım davamlı xarakter aldı. O dövrdə dövlətin maliyyə imkanlarının məhdudluğuna baxmayaraq sosial məsələlər də prioritetliyini itirmədi. Əksinə ölkənin sosial göstəriciləri yaxşılaşmağa başladı.

Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli sıçrayışlı inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb şəraitdə, xarici təzyiqlərə baxmayaraq, ulu öndərin cəsarətlə atdığı ən böyük addımlardan biri neft strategiyasının formalaşdırılması və bununla Azərbaycanın uzunmüddətli inkişafı üçün geniş maliyyə imkanları açıldı. 1994-cü ilin sentyabr ayının 20-də H.Əliyev Azərbaycanın gələcək iqtisadi və siyasi nailiyyətlərinin əsası olacaq "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu böyük iqtisadi uğur olmaqla birlikdə Azərbaycanın müstəqilliyinin təminat altına alınması idi.

Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə aparılan islahatların mühüm istiqamətlərindən biri də bank quruculuğu oldu. H.Əliyev özünün çıxışlarının birində demişdir: "Hər bir müstəqil dövlət, dünya iqtisadiyyatına sıx inteqrasiya olan müstəqil dövlət, sərbəst iqtisadiyyat yoluyla, bazar iqtisadiyyatı yoluyla gedən müstəqil dövlət mütləq müasir tələblərə uyğun, dünya standartlarına uyğun maliyyə-kredit, maliyyə-bank sistemi təsis etməlidir. Biz bunu təsis etmişik və bu gün də bunu inkişaf etdiririk". Bu tezis rəhbər tutularaq bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirildi.

Heydər Əliyev Azərbaycan xalqına irs qoyduğu çağdaş Azərbaycan modeli bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən ölkə Heydər Əliyevin inkişaf magistralında yeni mərhələyə – sürətli inkişaf və müasirləşmə mərhələsinə daxil oldu.

Bu dövrdə ölkə iqtisadi artım tempinə görə dünya liderliyini qazandı. Ölkə orta gəlirlər qrupuna daxil oldu. Yoxsulluq 50%-dən 6%-ə endi. İşsizlik tamamilə aradan qalxdı. Sosial həyatın bütün sahələrində ölkə müasirləşməyə başladı. Ölkəmiz orta gəlirli dövlət statusunu cəmi 3 il ərzində qazanmışdır. Halbuki, ən yaxşı təcrübələrdə belə, uğurun müddəti 10 ildən az olmamışdır. Milli iqtisadiyyat ötən dövrdə 3.4 dəfə böyümüş, orta illik iqtisadi artım tempi dünya üzrə orta artım tempini 3.5 dəfə üstələyərək 13.5% təşkil etmişdir. Ölkədə müasir infrastruktur yaradılmış, regional inkişaf sürətlənmişdir.

Ulu öndərin qayğı və dəstəyi ilə başlanan bank quruculuğu daha da sürətlənmişdir. İ.Əliyev cənablarının Prezidentliyi dövründə ölkənin bank sektoru da öz inkişafının növbəti mərhələsinə daxil olmuşdur. 2003-cü ildən bəri yüksək inkişaf və iqtisadi artıma adekvat olaraq bank sektoru 17 dəfədən çox böyümüş, onun maliyyə vasitəçiliyi rolu əhəmiyyətli genişlənmiş, korporativ sektorun və əhalinin bank maliyyəsinə əlyetərliliyi səviyyəsi əhəmiyyətli artmışdır. Bank sektoruna inam əhəmiyyətli yüksəlmiş, əmanət bazası 5 mlrd.manatı keçmişdir. Hazırda ölkədə 2 mln. nəfər əmanətçi var. Sektorun maliyyə dərinliyi son 10 ildə 2 dəfə artaraq Qeyri-neft Ümumi Daxili Məhsulun 67%-nə çatmışdır.

Hazırda ölkədə güclü maliyyə infrastrukturu, o cümlədən bütün elementləri ilə milli ödəniş infrastrukturu yaradılmış, elektron ödəniş sistemlərinin sürətli inkişafına nail olunmuşdur. Ölkənin bank sektorunda bu gün korporativ idarəetmə standartları və beynəlxalq maliyyə hesabatlılığı standartları uğurla tətbiq edilir.

E.Rüstəmov çıxışının sonunda bir daha qeyd etdi ki, Heydər Əliyev əfsanəvi lider, görkəmli siyasi və tarixi şəxsiyyət olmaqla bərabər hamımıza nümunəvi vətəndaş, azərbaycanlı obrazını irs qoymuşdur. Onun əziz xatirəsi hamımızın, bütövlükdə xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Sonra tədbirdə ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirildi.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" mövzusunda konfrans, yubiley münasibətilə hazırlanmış qızıl xatirə sikkələrinin təqdimat mərasimi, Biləsuvar rayonunda "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri" mövzusunda seminar və şahmat turniri kimi silsilə tədbirlər keçirilmişdir.

1

2

3

4

5

5

5



 
Created by Azerin LLC