home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
4 may 2013, Bakı.  Mərkəzi Bank ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Biləsuvar şəhərində seminar keçirdi

Mərkəzi Bank tərəfindən Biləsuvar şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə növbəti tədbir olaraq “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri” mövzusunda seminar keçirildi.

Seminar iştirakçıları öncə Biləsuvar şəhərində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış heykəlin önünə gül dəstəsi qoydular.

Bundan sonra Mərkəzi Bankın Biləsuvar Regional Mərkəzində seminar öz işinə başladı. Tədbirdə əsas məruzə ilə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov seminar iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı olmaqla, dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Bank-maliyyə sektorunda sabitləşmə və uğurlu islahat tarixi Heydər Əliyevin iqtisadi quruculuq fəaliyyətlərinin ən mötəbər səhifələrindən biridir.

Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezident İlham Əliyev güclü hüquqi və sosial-iqtisadi baza üzərində ölkədə sıçrayışlı inkişafa və ölkənin müasirləşməsinə nail oldu. Bu gün makroiqtisadi sabitlik və dayanıqlılıq səviyyəsinə görə ölkəmiz dünyada ilk iyirmilikdədir. Hazırda iqtisadiyyatın şaxələnməsi siyasəti fonunda qeyri-neft sektoru iqtisadi artımın əsas amilidir və bu sektor ikirəqəmli templə artır.

Çıxışının sonunda E.Rüstəmov bir daha qeyd etdi ki, ulu öndər Heydər Əliyevin iqtisadi quruculuq sahəsində böyük əməyi, yorulmaz fəaliyyəti iqtisadi inkişaf tariximiz olaraq milli yaddaşımızda daim yaşayacaqdır.

Tədbirdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Ə.Məmmədyarovun “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi: müasir təcrübələr və vəzifələr”, İnkişaf departamentinin direktoru A.Cahangirovun “Maliyyə savadlılığı: mövcud vəziyyət və strateji istiqamətlər”, Bank Tədris Mərkəzinin direktoru C.Abdullayevin “Maliyyə savadlılığının artırılmasında təlimin rolu” mövzularında çıxışları dinlənildi. Mövzu üzrə çıxış edən digər natiqlər də maliyyə savadlılığının əhəmiyyətini vurğuladılar və istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mövcud təcrübələrinin daha yaxından öyrənilməsinin vacibliyinə diqqət çəkdilər.

Seminar başa çatdıqdan sonra tədbir iştirakçıları Mübariz İbrahimov adına Biləsuvar Liseyində Milli Qəhrəmanın heykəlinin önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad etdilər. Liseyin fəaliyyəti, nailiyyətləri və burada yaradılan şəraitlə yaxından tanış oldular.

Daha sonra Mərkəzi Bank tərəfindən reallaşdırılan ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində M.İbrahimov adına Biləsuvar Liseyində keçirilmiş şahmat turnirinin qalibləri mükafatlandırıldı. Tədbir Azərbaycanın tanınmış qrossmeysterləri Şəhriyar Məmmədyarov, Gülnar Məmmədova və Nicat Məmmədovun Biləsuvar şəhər parkında gənc şahmatçılar ilə eyni vaxtda oyun seansının keçirilməsi ilə yekunlaşdı.

1

2

3

4

5

5

5

1

2

3

4

5

5

5

1

2

3

4

5

5

5

1

2

3

4

5

5

5

1

2

3

4

5

5

5

1

2



 
Created by Azerin LLC