home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
27 aprel 2013, Bakı.  Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və maliyyə-kredit sistemi. Nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirildi.

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirildi.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər.

Tədbirin əvvəlində konfrans iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimat mərasimi keçirildi.

Bildirildi ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 yanvar 2013-cü il tarixli 2679 saylı Sərəncama əsasən Mərkəzi Bank tərəfindən yubiley münasibəti ilə 3-cü nəsil qızıl xatirə sikkələrin istehsalı təşkil edilmişdir.

Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında 3 növdə ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil xatirə sikkələrində milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda Ulu Öndərin portreti əks olunmuşdur. Sikkələr ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun dizayn edilmişdir.

Sikkələrin birinci növünün çəkisi 1 troy unsiyası (31,21 qr), ikinci növünün çəkisi 10 troy unsiyası (313 qr), üçüncü növünün çəkisi isə 1 kq təşkil edir.

Bundan sonra konfrans işinə başladı və konfransı giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirakçıları salamlayaraq bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz, Ulu Öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

Heydər Əliyev müasir tariximizin çətin və keçməkeşli bir dönəmində xalqın tələbi ilə dərin keçid böhranı yaşamış, iqtisadi potensialının yarıdan çoxunu itirmiş, hiperinflyasiyanın, kütləvi yoxsulluq və səfalətin tüğyan etdiyi boş xəzinəsi olan bir ölkəyə rəhbər gətirildi. Qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan ictimai-siyasi sabitlik bərpa olundu. Bu əsas amil bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə zəmin yaratdı. Aparılan ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə makroiqtisadi sabitliyin əsası qoyuldu, qiymətlərin sabitliyinə nail olundu, ölkənin zəruri valyuta ehtiyatı yaradıldı.

E.Rüstəmov bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi bank sektorunun formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirildi. E.Rüstəmov qeyd etdi ki, ümummilli Lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırdı. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, Ulu Öndərin layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.

İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank orta müddətli dövrdə çevik pul və məzənnə siyasətini yürüdəcəkdir. Maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir. Bu mənada makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcəkdir.

E.Rüstəmov bildirdi ki, bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini Ümumi Daxili Məhsula nisbətdə 100%-ə çatdırmaqdan ibarət olacaqdır. Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcəkdir. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaqdır.

Çıxışının sonunda E.Rüstəmov bir daha qeyd etdi ki, ulu öndər Heydər Əliyevin iqtisadi quruculuq sahəsində böyük əməyi, yorulmaz fəaliyyəti iqtisadi inkişaf tarixinin parlaq səhifəsi kimi daim yaddaşlarda yaşayacaqdır.

Sonra digər natiqlərin məruzələri dinlənildi.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ali təhsil müəssisələrənin iqtisadyönlü fakültələrində təhsil alan tələbələri arasında “Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı” mövzusunda keçirilən referat müsabiqəsinin qalibləri mükafatlandırıldı.

1

2

3

4

5



 
Created by Azerin LLC