home Azərbaycan Respublikasının Mərkəzi Bankı   English
Logo Capitol map 04
 

        “Heydər Əliyev - 90”

        Xatirə sikkəsi
        - Xatirə sikkəsinin şəkli
        - Ümummilli Lider Heydər            Əliyevin əvvəlki yubiley
           tədbirləri çərçivəsində
           dövriyyəyə buraxılmış
           sikkələr

        Sənədlər
        - Azərbaycan Respublikasi            Prezidentinin Sərəncamı

        Konfrans

        Seminar

        Müsabiqələr
        - Müsabiqələrin mövzusu və
          qaydaları
        - Qaliblər
        - Ərizə

        Şahmat turniri

        Foto qalereya

        Video qalereya

  Sənədlər      Press Relizlər      Seminarlar      Müsabiqələr      Foto Qalereya      Video Qalereya     r
   
27 fevral 2013, Bakı.  Mərkəzi Bank "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsi keçirir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsi keçirir.

Müsabiqə iştirakçıları müsabiqənin mövzusuna uyğun hazırladığı referatın bir nüsxəsini (elektron və çap nüsxəsi olmaqla), həmçinin şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini Mərkəzi Banka təqdim etməlidirlər. Müsabiqə iştirakçıları AMB-nin internet səhifəsində müsabiqə üçün yaradılan bölmədəki anketi dolduraraq onu referatla birlikdə müvafiq elektron ünvana onlayn şəkildə də təqdim edə bilərlər.

Müsabiqənin qalibləri aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

- Bir I yer – 300 manat;
- İki II yer – 200 manat;
- İki III yer – 100 manat.

Bundan başqa, qaliblərə Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə buraxılmış xatirə sikkəsi hədiyyə ediləcəkdir.

Referatlar 10 aprel 2013-cü il saat 18.00-dək təqdim edilməlidir. Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş referatlar qəbul olunmur.

Müsabiqənin Qaydaları və ona dair daha ətraflı məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilmişdir.


 
Created by Azerin LLC